• cümə axşamı, 25 aprel, 21:16
  • Baku Bakı 21°C

Avropa DÇ-2026 ilə bağlı vahid mövqedə olmayacaq

12.06.18 15:35 799
Avropa DÇ-2026 ilə bağlı vahid mövqedə olmayacaq
DÇ-2026-ya ev sahibliyi edəcək ölkənin müəyyənləşməsi zamanı Avropanın hansı mövqedən çıxış edəcəyi bəlli olub.
Kaspi.az xəbər verir ki, səsvermə zamanı UEFA vahid blokdan çıxış etməyəcək. Bu barədə məlumatı UEFA-nın prezidenti Aleksandr Çeferin verib:
"UEFA üzv ölkələrə heç bir təzyiq göstərməyəcək. Təşkilatın nümayəndələri sərbəst seçim edəcəklər. Biz bir blokda birləşib, vahid mövqedən çıxış etməyəcəyik”.
İyunun 12-də Moskvanın "Metropol” otelində UEFA üzvlərinin iştirakı ilə görüş olub. Görüşdə DÇ-2026-ya ev sahibliyi etmək istəyən ölkələrin də təqdimatı baş tutub.
Qeyd edək ki, KONMEBOL və KONKAKAF səsvermə zamanı ABŞ, Meksika və Kanadanın ərizəsini dəstəkləyəcəklərini bildiriblər. Afrika və Asiya da vahid mövqe nümayiş etdirməyəcək.
DÇ-2026-ya ev sahibliyi etmək üçün ABŞ, Meksika və Kanada birgə ərizə ilə müraciət ediblər. Onların rəqibi Mərakeşdir.
banner

Oxşar Xəbərlər