• çərşənbə axşamı, 16 aprel, 09:13
  • Baku Bakı 14°C

Avropa çempionatında tarixi nəticə

04.09.13 14:31 1394
Avropa çempionatında tarixi nəticə
Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. Lent. az-ın məlumatına görə, yaşı 17-dək olan qızların yarışında Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Bu, tarixi nəticədir. Çünki Azərbaycanın tarixində ilk dəfə idi ki, yeniyetmə qızlarımız Avropa birinciliyində iştirak edirdi. Məhərrəmova birdən qaldırma hərəkətində birinci yanaşmasında 63 kq-ı ram edib. Ancaq Məhərrəmova daha sonra sifariş etdiyi 66 kq-lıq ştanqı baş üzərinə qaldıra bilməyib.
Goranboylu gənc atlet təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, əvvəlcə 78 kq-ı başı üzərinə qaldırdı. Sonra sifariş verdiyi 82 kq-ı isə üçüncü yanaşmada ram edib. Toplamda 145 kq (63 kq + 82 kq) nəticə göstərən ağırlıqqaldıranımız Avropa birinciliyinin bürünc medalçısı olub.
banner

Oxşar Xəbərlər