• çərşənbə, 24 Aprel, 14:37
  • Baku Bakı 27°C

Avropa çempionatında 4 medal

14.11.13 15:15 1896
Avropa çempionatında 4 medal
Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 4 boksçumuz yarımfinala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, 52 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev ¼ finalda macarıstanlı İştvan Szka üzərində qələbə qazanıb – 2:1 (29:28, 29:28, 28:29).
Boksçumuz yarımfinalda italiyalı Marko Amorozo ilə qarşılaşacaq. Hüseyn Tarverdili (70 kq) isə Fransa nümayəndəsi Kristof Fataki Bobozonu 3-cü raundda nokauta salıb. Tarverdili finala gedən yolda Ermənistan boksçusu Vardan Kosyanla üz-üzə gələcək.
Qeyd edək ki, bunadək Rüfət Hüseynov (46 kq) və Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqəni təmin edib. Şükran Mehdiyev (+80 kq), Pərviz Quliyev (57 kq) və Rövşən Musayev (75 kq) isə ¼ finalda mübarizəni dayandırıblar. Avropa birinciliyinə noyabrın 16-da yekun vurulacaq.
banner

Oxşar Xəbərlər