• çərşənbə, 17 Aprel, 00:16
  • Baku Bakı 14°C

Avropa Birliyinin müşahidəçisi ATƏT/DTİHB hesabatı ilə razılaşmır

12.10.13 12:35 1530
Avropa Birliyinin müşahidəçisi ATƏT/DTİHB hesabatı ilə razılaşmır
“Azərbaycanda oktyabrın 9-u keçirilən prezident seçkilərində apardığımız müşahidələr ATƏT/ DTİHB-nin hesabatı ilə uyğun deyil. Hesab edirəm ki, bu hesabat demokratik seçki sisteminin qurulmasında Azərbaycanın atdığı addımları tam olaraq ədalətli əks etdirmir”.
Bunu APA-ya Avropa Birliyinin Regionlar Komitəsinin Estoniyadan olan və Azərbaycanda keçirilmiş prezidenti seçkilərində müşahidə aparan üzvü Kadri Tillemann deyib.
Onun sözlərinə görə, 8 nəfərdən ibarət və müxtəlif siyasi baxışlara malik nümayəndə heyətinin əsas məqsədi seçki prosesini texniki nöqteyi-nəzərdən müşahidə etməkdən ibarət olub: “Bizim məqsədimiz seçkilərdən öncə və sonra baş verən prosesləri qiymətləndirmək deyildi. Şəxsən mən Bakıda 11 seçki məntəqəsini ziyarət etdim və ciddi pozuntulara rast gəlmədim. Mən ATƏT/ DTİHB hesabatı ilə tanışam və tam aydındır ki, bizim müşahidələrimizin nəticələri bu hesabatla uyğun deyil”.
Qeyd edək ki, oktyabrın 6-dan 10-a kimi ölkəmizdə olan Avropa Birliyinin Regionlar Komitəsinin prezident seçkiləri ilə bağlı yaydığı hesabatda deyilir ki, seçkilər əsas demokratik normalar və prinsiplərinə uyğun keçirilib. Bəyanatda eyni zamanda qeyd olunur ki, səsvermə sakit şəraitdə keçirilib, vətəndaşlar azad şəkildə öz iradələrini ifadə ediblər, hər hansı pozuntuya yol verilməyib.
Bəyanatda o da deyilib ki, Komitə Azərbaycanı beynəlxalq demokratik standartlara, xüsusilə ATƏT və Avropa Şurasının qətnamələrə və götürdüyü öhdəliklərinə cavab verməsi istiqamətində işini davam etməyə həvəsləndirir.
Komitə ATƏT PA və ATƏT/ DTİHB da daxil olmaqla Azərbaycanın tərəfdaşlarını nöqsanlarla birgə tərəqqini də qeyd etməyə, Azərbaycanla konstruktiv dialoqunu davam etdirməyə çağırır.
banner

Oxşar Xəbərlər