• şənbə, 20 Aprel, 13:39
  • Baku Bakı 23°C

“Avropa Birliyi-Azərbaycan: təhlükəsizlik və inteqrasiya” adlı konfrans keçirilir

07.06.13 09:03 1465
“Avropa Birliyi-Azərbaycan: təhlükəsizlik və inteqrasiya” adlı konfrans keçirilir
Bu gün Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə “Avropa Birliyi-Azərbaycan: təhlükəsizlik və inteqrasiya” mövzusunda konfrans keçirilir.
APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan SAM-ın direktoru Fərhad Məmmədov vurğulayıb ki, bu, Avropa Siyasi Mərkəzi ilə birgə təşkil olunan ilk tədbir deyil.
Avropa Siyasi Mərkəzinin icraçı direktoru Hans Martens isə Avropada maliyyə böhranına toxunaraq qeyd edib ki, 2 ildən sonra orada iqtisadiyyatda artım müşahidə olunmağa başlayıb. Azərbaycandakı inkişafla bağlı fikirlərini bildirən H.Martens deyib ki, buradakı inkişaf çox möhtəşəmdir: “15 il əvvəl burda, demək olar, heç nə yox idi. Lakin bu gün biz buradakı inkişafın şahidi oluruq”.
Tədbir panel müzakirələri ilə davam edir. “Cənubi Qafqazı AB-yə yaxınlaşdırmaq: uğurlar və çağırışlar” mövzusunda olacaq panelin məruzəçiləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Şərq Tərəfdaşlığı üzrə fövqəladə və səlahiyyətli səfir Vaidatos Verba (Litva), Qafqaz Tədqiqat Resurs Mərkəzinin ölkə üzrə direktoru Gürsel Əliyev və “Beynəlxalq Qafqaz” jurnalının baş redaktoru Zaur Şiriyev olacaq.
“Dağlıq Qarabağ münaqişəsi: AB-yə çağırış” mövzusunda olan paneldə isə Beynəlxalq Təhlükəsizlik Araşdırmalar Mərkəzinin direktoru, səfir Metyu Brayza (Tallin, Estoniya), Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Viktors Makarovs, Avropa Siyasi Mərkəzinin siyasət üzrə eksperti Amanda Paul, SAM-ın direktor müavini Gülşən Paşayeva məruzələrlə çıxış edəcək.
banner

Oxşar Xəbərlər