• cümə, 29 Mart, 18:07
  • Baku Bakı 14°C

“Avropa bəzi mühüm qərarlarını Azərbaycanla da uzlaşdırmalıdır”

02.10.14 13:18 1352
“Avropa bəzi mühüm qərarlarını Azərbaycanla da uzlaşdırmalıdır”
APA - nın məlumatına görə, bunu bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində gənclər və idman naziri Azad Rəhimovun moderatorluğu ilə təşkil edilən paneldə İtaliyanın sabiq baş naziri Enriko Letta deyib.
E. Letta bildirib ki, sülh və sabitliyi təmin etmək üçün Avropa İttifaqının güclü olması vacibdir: “Avropa yenə də dərin böhrandadır. İqtisadi-maliyyə böhranı işsizlik və digər problemlərə yol açdı. Biz Avropa İttifaqında rəqəmsal iqtisadiyyatı qurmalı, işsizliyi aradan qaldırmalıyıq. Biz artıq yeni eraya qədəm qoymalıyıq ki, Avrasiyada sülh və sabitlik olsun. Biz bilirik ki, Azərbaycan bu istiqamətdə necə çalışır. Ona görə də sosial və iqtisadi sahədə əməkdaşlığı genişləndirməliyik. Biz şadıq ki, Azərbaycan Avropa əməkdaşlığında iştirak edir. Ona görə də bu gün keçirilən Forum çox vacibdir”.
banner

Oxşar Xəbərlər