• çərşənbə axşamı, 23 aprel, 19:02
  • Baku Bakı 20°C

Avropa azərbaycanlıları Azərbaycan Prezidentinə dəstək aksiyası keçiriblər

13.05.19 21:22 523
Avropa azərbaycanlıları Azərbaycan Prezidentinə dəstək aksiyası keçiriblər
Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşılanması və ona dəstək aksiyası keçirilib.
AZƏRTACxəbər verir ki, aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.
Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.
Aksiyada "Cənab Prezident, Avropaya xoş gəlmisiniz!”, "Cənab Prezident, Sizi salamlayırıq!” və sair şüarlar səsləndirən soydaşlarımız Azərbaycan dövlətinin başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər.
Aksiya iştirakçıları bundan sonra da Prezident İlham Əliyevə daim dəstək olacaqlarını bildiriblər.
banner

Oxşar Xəbərlər