• cümə, 19 Aprel, 12:38
  • Baku Bakı 25°C

Avropa Azərbaycan Cəmiyyəti təqdim edir: “Həyata keçməyən arzular”

04.06.17 14:15 1942
Avropa Azərbaycan Cəmiyyəti təqdim edir: “Həyata keçməyən arzular”
İyunun 20-də Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar BMT, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi və "VII Foto” Agentliyinin birgə təşkilatçılığı ilə Brüsseldə amerikalı fotojurnalist və rejissor Ed Kaşinin çəkdiyi fotoşəkillərdən ibarət sərgi açılacaq.
AZƏRTACxəbər verir ki, bu barədə məlumatı TEAS "facebook” səhifəsində paylaşıb.
Ed Kaşi sənətdə siyasi və sosial məsələlər üzrə ixtisaslaşıb və buna görə də kamerasını Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünlərindən bir qisminə yönəldib.
Sərgin açılış mərasimində Azərbaycanın Belçika və Lüksemburqda, həmçinin Avropa Birliyindəki səfiri Fuad İsgəndərov, TEAS-ın Benilüks ofisinin direktoru Mark Vervilghen, Avropa Siyasəti Mərkəzinin baş analitiki Amanda Paul və Ed Kaşi çıxış edəcəklər.
banner

Oxşar Xəbərlər