• cümə, 26 Aprel, 17:27
  • Baku Bakı 23°C

Avronest PA-da Ermənistan təmsilçisinin etirazı narazılığa səbəb olub

24.05.17 15:10 1041
Avronest PA-da Ermənistan təmsilçisinin etirazı narazılığa səbəb olub
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəriFuad Muradovqurumun Büro iclasında iştirak edib.
APA-nın Moldova müxbirinin məlumatına görə, Moldova parlamentində baş tutan tədbirdəAvropa İttifaqı(Aİ) və Şərq Tərəfdaşlığı ölkələrində keçirilən seçkilər,Avronest PA-nın gücləndirilməsi üçün görüləcək tədbirlər, Aİ ilə Şərq Tərəfdaşlığı ölkələrinin qarşılıqlı əlaqələrinin möhkəmlənməsi üçün strategiya və 2017-ci ilin sonundaAvronest PA-nın Kiyevdə keçiriləcək plenar sessiyasına dair məsələlər müzakirə edilib.
İclasdaAvronest PA-nın Sosial komitəsi çərçivəsində 2017-ci ilin sentyabrında "Şərq Tərəfdaşlığı regionunda sağlamlıq və gender məsələləri üzrə" mövzusunda konfransın keçirilməsi də qərara alınıb. Ermənilər buna qarşı çıxsalar da, Büro üzvləri Ermənistan təmsilçisinə etiraz ediblər və Azərbaycana dəstək veriblər.
Sonra Moldova parlamentinin spikeri Andrian KanduAvronest PAüzvləri ilə görüşüb. O, Azərbaycandakı inkişaf prosesini yaxından izlədiyini bildirib. Azərbaycanlı deputatın GUAM ilə bağlı sualına cavablandıran Moldova parlamentinin spikeri bu təşkilata çox önəm verdiklərini və təşkilatın ərazi bütövlüyü, enerji məsələləri və digər vacib məsələlərlə məşğul olduğunu xüsusi vurğulayıb.
banner

Oxşar Xəbərlər