• şənbə, 20 Aprel, 12:58
  • Baku Bakı 23°C

Avroliqanın qalibi bəlli oldu

15.05.14 08:28 1054
Avroliqanın qalibi bəlli oldu
Apasport.az saytının məlumatına görə, İspaniyanın “Sevilya” klubu İtaliyanın Turin şəhərində keçirilən finalda Portuqaliyanın “Benfika” klubunu məğlub edərək qitənin ikinci dərəcəli klub turnirində qalib gəlib.
Komandaların cəhdlərinə baxmayaraq, əsas vaxtda hesab açılmayıb və almaniyalı baş hakim Feliks Brix hər biri 15 dəqiqədən ibarət əlavə 2 hissə təyin edib. Мatçın əlavə olunmuş vaxtı da qolsuz başa çatıb və penaltilər seriyası təyin edilib. Penaltilər seriyasında isə daha dəqiq olan “Sevilya” (4:2) Avropa Liqasının qalibi olub.
“Sevilya” tarixində 3-cü dəfə bu yarışın qalibi olub. 2005/06 və 2006/07 mövsümlərində UEFA kubokunu qazanan ispaniyalılar Avropa Liqasının yeni adı ilə kuboku ilk dəfə başı üzərinə qaldırıb. Bu qalibiyyət İspaniyaya avrokubok mövsümünü “dubl”la bitirməyə imkan verib. Çünki Çempionlar Liqasında finalda bu ölkənin 2 təmsilçisi oynadığından kubok onların olacaq.
“Benfika” isə növbəti dəfə Qutman lənətindən qurtula bilməyib. 1960/61 və 1961/62 mövsümlərində Çempionlar kubokunu əldə edən portuqaliyalılar 52 ildir avrokubok qazanmır. Həmin vaxt macar məşqçisi Qutmanı istefaya göndərən Lissabon təmsilçisi o vaxtdan 8 dəfə finala çıxsa da qalib gələ bilməyib. Turindəki final onlar üçün ardıcıl 2-ci belə matç olub.
banner

Oxşar Xəbərlər