• cümə, 19 Aprel, 19:42
  • Baku Bakı 24°C

Avroliqada klublarımızın oyun vaxtları dəyişdirildi

25.06.13 10:31 1484
Avroliqada klublarımızın oyun vaxtları dəyişdirildi
“Qarabağ” və “Xəzər Lənkəran” klublarının UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində, müvafiq olaraq, "Metalurq" (Makedoniya) və "Slima Uonderers" (Malta) komandaları ilə keçirəcəyi qarşılaşmaların tarixi dəyişdirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, səfərdə baş tutacaq hər 2 matç iyulun 2-də keçiriləcək.
Dəyişikliklə bağlı UEFA-dan AFFA-ya göndərilmiş məktubda qeyd olunub ki, bu qərar UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul olunub.
Qeyd edək ki, görüşlər iyulun 4-də keçirilməli idi.
banner

Oxşar Xəbərlər