• cümə, 29 Mart, 17:36
  • Baku Bakı 14°C

Avroliqada cütlüklər bilindi - PÜŞKATMA

11.12.17 16:56 3630
Avroliqada cütlüklər bilindi - PÜŞKATMA
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqiblərini tanıyıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə komandalar 16 cütlük təşkil ediblər. Avropa Liqasının qrup qalibləri və Çempionlar Liqasında 3-cü yer sahiblərindən daha yaxşı nəticəyə malik 4 komanda səpələnmiş kimi digərləri ilə üz-üzə gələcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar rəqib olmayacaq.

Cari mövsümdə "Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş "Kopenhagen”lə "Atletiko” bir-biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalıların 3-cü olduğu qrupda madridlilərlə üz-üzə gəlmişdi.

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.

Avropa Liqası
1/16 final

"Borussiya” (Dortmund, Almaniya) -"Atalanta” (İtaliya)
"Nitsa” (Fransa) -"Lokomotiv” (Rusiya)
"Kopenhagen” (Danimarka) -"Atletiko” (İspaniya)
"Spartak” (Rusiya) -"Atletik” (İspaniya)
AEK (Yunanıstan) -"Dinamo” (Ukrayna)
"Seltik” (Şotlandiya) -"Zenit” (Rusiya)
"Napoli” (İtaliya) -"Leypsiq” (Almaniya)
"Srvena Zvezda” (Serbiya) -MOİK (Rusiya)
"Lion” (Fransa) -"Vilyarreal” (İspaniya)
"Real Sosyedad” (İspaniya) -"Zalsburq” (Avstriya)
"Partizan” (Serbiya) -"Viktoriya” (Çexiya)
"Styaua” (Rumıniya) -"Latsio” (İtaliya)
"Lüdoqorets” (Bolqarıstan) -"Milan” (İtaliya)
"Astana” (Qazaxıstan) -"Sportinq” (Portuqaliya)
"Ostersun” (İsveç) -"Arsenal” (İngiltərə)
"Marsel” (Fransa) -"Braqa” (Portuqaliya)

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.
banner

Oxşar Xəbərlər