• cümə axşamı, 25 aprel, 07:53
  • Baku Bakı 14°C

Avroliqa: Azərbaycan voleybolçuları yarışlara məğlubiyyətlə başlayıb

17.06.17 09:10 1157
Avroliqa: Azərbaycan voleybolçuları yarışlara məğlubiyyətlə başlayıb
İyunun 16-da kişi voleybolçular arasında Avropa Liqasında start verilib.
Apasport.az saytının məlumatına görə, yığmamızın yer aldığı A qrupunun ilk görüşündə Albaniya İsveçlə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmanı albanlar qazanıb - 3:2.
Skopyedə keçirilən I dövrədə Azərbaycan millisi yarışa ev sahibləri – Makedoniya ilə oyunla başlayıb. Fərid Cəlalovun yetirmələri hər üç setdə rəqibindən zəif olub. Millimiz turnirə 0:3 hesablı məğlubiyyətlə başlayıb.
Avropa Liqası
I tur
Albaniya – İsveç - 3:2(15:25, 23:25, 25:23, 26:24, 15:9)
Makedoniya – Azərbaycan - 3:0(25:19, 25:19, 25:20)
banner

Oxşar Xəbərlər