• şənbə, 20 Aprel, 03:27
  • Baku Bakı 15°C

Avrokuboklarda yeni mövsümün təqvimi açıqlanıb

31.10.17 18:05 1061
Avrokuboklarda yeni mövsümün təqvimi açıqlanıb
Avrokubokların 2018/19 mövsümünün tam təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni formatda keçiriləcək Çempionlar Liqası və Avropa Liqasında oyunların baş tutma tarixləri, həmçinin püşkatma mərasimlərinin günləri bəlli olub.

Yarışların əsas mərhələlərinin formatı dəyişməsə də, 2018-ci ilin yayında başlayacaq turnirlər təsnifat mərhələsindən əlavə ilkin raundlardan da ibarət olacaq. Belə ki, ənənəvi 4 təsnifat mərhələsindən (sonuncu pley-off da adlandırılır) öncə ən zəiflərin qatılacağı ilkin mərhələ də olacaq.

Çempionlar Liqasında 4 komanda olimpiya sistemi təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək. Burada cütlər 1 dəfə üz-üzə gələcək. Avropa Liqasında isə 16 komanda iki qarşılaşmadan ibarət dueldə 8 yer üçün döyüşəcək.

İlkin mərhələlərdən azad olan Azərbaycan komandalarının hamısı I təsnifat mərhələsindən yarışa qatılacaq. Hətta Çempionlar Liqasının I təsnifatından azad olmağımız kimi güzəşt də yeni formatda olmayacaq.

İlk iki təsnifat mərhələsinin püşkünün iyulun 2-də atılması planlaşdırılıb. Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü iyulun 10-11-də Çempionlar Liqasındakı qarşılaşma ilə başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu da Azərbaycan futbolu tarixində ilkdi.
banner

Oxşar Xəbərlər