• çərşənbə, 24 Aprel, 06:18
  • Baku Bakı 13°C

Avro ucuzlaşmağa başladı

04.05.15 05:25 242
Avro ucuzlaşmağa başladı
Bu gün mayın 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% bahalaşaraq 1,0483 manata qalxıb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0019 manat və ya 0,16% ucuzlaşaraq 1,1730 manat olub.
banner

Oxşar Xəbərlər