• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

Avro-2020: Xorvatiya 2:1 Azərbaycan

22.03.19 09:00 874
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsində Xorvatiya yığması Azərbaycan komandasını qəbul edib.
Trend-in məlumatına görə, "E" qrupu çərçivəsində Zaqrebdə keçirilən oyunda millimizin hesabı açmasına baxmayaraq, nəticədə meydan sahibləri qalib gəlib.
Matçda hesabı 19-cu dəqiqədə yığmamızın hücumçusu Ramil Şeydayev açıb. Oyunun 44-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Borna Barisiç hesabı bərabərləşdirib - 1:1. Nəhayət 79-cu dəqiqədə Xorvatiya millisinin futbolçusu Andrey Kramariç komandasını hesabda irəli çıxarıb.
Qrupun digər oyunu Trnava şəhərində baş tutub. Slovakiya komandası macarları qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər