• cümə, 29 Mart, 01:38
  • Baku Bakı 7°C

AVRO-2020: Püşkatmanın vaxtı və yeri dəqiqləşib

28.09.17 14:30 2019
AVRO-2020: Püşkatmanın vaxtı və yeri dəqiqləşib
AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi yer və vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk dəfə bütün Avropa yığmalarının qatılacağı mərhələnin püşkü İrlandiyanın paytaxtı Dublində atılacaq.
Final mərhələsi 13 şəhərdə, o cümlədən Bakıda keçiriləcək yarışın bütün iştirakçıları mübarizəyə seçmə oyunlarından qatılacaq. Bu üzdən Azərbaycan da daxil olmaqla, 55 milli komanda İrlandiyada püşkü gözləyəcək.
Tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq. Həmin gün 55 komanda 10 qrupa bölünəcək. Beş qrupda 6, beş qrupda isə 5 komanda yer alacaq. Azərbaycan yığması da rəqiblərini dekabrın 2-də tanıyacaq.
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu il martından noyabrınadək keçiriləcək.
banner

Oxşar Xəbərlər