• cümə axşamı, 28 mart, 15:45
  • Baku Bakı 16°C

Avro-2020: Ən ucuz bilet Bakıda, ən bahası Londonda

20.05.19 12:38 533
Avro-2020: Ən ucuz bilet Bakıda, ən bahası Londonda
UEFA Avro-2020-nin bilet satışı ilə bağlı planı açıqlayıb.
Kaspi.az xəbər verir ki, yeni formatda – bir neçə ölkədə keçirilən turnirin biletləri 3 mərhələdə satılacaq. Biletlərin qiyməti 30 avrodan 945 avroya qədərdir.
Ən ucuz bilet Bakı, Budapeşt və Buxarestdə satılacaq. Ən baha bilet isə Londondakı final oyununa olacaq. Bilet satışı ilə bağlı ilk mərhələ iyunun 12-də n iyulun 12-sinə qədər olacaq. Bu mərhələdə 1,5 milyon bilet satışa çıxarılacaq.
İkinci mərhələ dekabrın əvvəlində başlayacaq. Bu mərhələdə isə 1 milyon biletin satılması planlaşdırılır. Sonuncu – 3-cü mərhələ isə 2020-ci ilin aprelində olacaq.
Avro-2020-nin final mərhələsi Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək.
banner

Oxşar Xəbərlər