• şənbə, 20 Aprel, 05:21
  • Baku Bakı 15°C

AVRO-2018: Qadın güləşçimiz bürünc medal qazandı

04.05.18 21:26 881
AVRO-2018: Qadın güləşçimiz bürünc medal qazandı
Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, Иu gün həmçinin 53, 57, 62 və 65 kq çəki dərəcələrində mübarizə aparan qadın güləşçilər mükafat uğrunda yarışır.
Yarımfinalda rəqibinə yenilən Alena Kolesnikin (57 kq) "bürünc” şansı davam edib. O, Avropa üçüncüsü olmaq üçün döşək üzərinə çıxıb. Belaruslu Zalina Sidakova üzərində 36 saniyəyə təmiz qələbə qazanan Kolesnik istəyinə nail olub.

Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova (65 kq) həlledici görüşə çıxacaq. Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Ollidən güclü olmağa çalışacaq.
banner

Oxşar Xəbərlər