• çərşənbə axşamı, 19 mart, 15:01
  • Baku Bakı 8°C

AVRO-2017: Azərbaycan voleybolçuları 1/4 finala vəsiqə qazanıb

25.09.17 20:51 1905
AVRO-2017: Azərbaycan voleybolçuları 1/4 finala vəsiqə qazanıb
Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması III turda Almaniyanı sınağa çəkib.Prezident İlham Əliyev milli komandamızın oyununu izləyib.

İlk 2 görüşdə set vermədən qalib gələn Faiq Qarayevin yetirmələrinin bu dəfə də qalib gəlsə də, eyni uğuru təkrarlaya bilməyib. Komandamız Almaniyanı 3:1 hesabı ilə məğlub edərək məğlub olmadan 1/4 finala adlayıb.

Qeyd edək ki, Macarıstan artıq yarışla vidalaşıb. Polşa isə pley-offda rəqibini gözləyir.

Avro-2017
Qrup mərhələsi
25 sentyabr
A qrupu
III tur

Almaniya – Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)
Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)
banner

Oxşar Xəbərlər