• cümə, 29 Mart, 17:15
  • Baku Bakı 14°C

AVRO-2016: Yığmamızın rəqibləri bəlli oldu

26.09.14 18:42 1269
AVRO-2016: Yığmamızın rəqibləri bəlli oldu
Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək yarışın təsnifat və əsas seçmə mərhələlərinin qruplarının tərkibi müəyyənləşib.
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbir təsnifat mərhələsinin püşkü ilə başlayıb. Burada 45 iştirakçı komandadan 24-ü 6 qrupa bölünüb.
Təsnifat mərhələsi (13-18 yanvar 2015)

A qrupu: Bolqarıstan*, Yunanıstan, Danimarka, Cəbəllütariq
B qrupu: Monteneqro*, Finlandiya, Kipr, Uels
C qrupu: Litva*, , Gürcüstan, Estoniya, İsveçrə
D qrupu: Moldova*, Fransa, Albaniya, San-Marino
E qrupu: Malta*, Latviya, İngiltərə, Andorra
F qrupu: İsveç*, İsrail, Ermənistan, Şotlandiya
* - işarəsi meydan sahiblərini göstərir.
Azərbaycan milli komandası isə seçmə mərhələyə birbaşa qatılan 21 yığma arasında qərarlaşıb. Bu 21 komanda təsnifat mərhələsinin 6 qalibi və ən yaxşı 2-ci yer sahibi ilə birlikdə seçmə oyunlarında qüvvəsini sınayacaq. Bu iştirakçılar da 7 qrupa bölünüb.
Millimiz Bakıda keçiriləcək seçmə turnirində 4-cü qrupda çıxış edəcək. Komandamız Ukrayna, Belçika və A qrupunun qalibi ilə üz-üzə gələcək.
Əsas seçmə mərhələ (17-22 mart 2015)

I qrup: Rusiya, Hollandiya, Bosniya və Herseqovina*, E qrupunun qalibi
II qrup: İspaniya, Macarıstan, Makedoniya*, təsnifat mərhələsinin ən yaxşı ikinci komandası
III qrup: İtaliya, Polşa*, Belarus, B qrupunun qalibi
IV qrup: Ukrayna, AZƏRBAYCAN*, Belçika, A qrupunun qalibi
V qrup: Çexiya, Sloveniya*, Norveç, D qrupunun qalibi
VI qrup: Xorvatiya*, Slovakiya, Türkiyə, F qrupunun qalibi
VII qrup: Portuqaliya, Rumıniya*, Qazaxıstan, C qrupunun qalibi
Qeyd edək ki, əsas mərhələnin 7 qalibi birbaşa Serbiyaya vəsiqə əldə edəcək. Qrup ikinciləri və ən yaxşı 3-cü yer sahibi isə pley-offda son 4 xoşbəxti müəyyənləşdirəcək.
banner

Oxşar Xəbərlər