• cümə axşamı, 28 mart, 23:34
  • Baku Bakı 13°C

Avqustda OPEC-in neft hasilatı artıb

14.09.20 21:00 587
Avqustda OPEC-in neft hasilatı artıb
Avqust ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı çoxalıb.
AZƏRTACxəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft hasilatı iyul ayı ilə müqayisədə 760 min barrel artaraq sutkada 24 milyon 50 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 26,8 faiz təşkil edib.
Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox artıran ölkələr Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Əlcəzair və Anqola olub. Avqustda Səudiyyə Ərəbistanında gündəlik hasilat əvvəlki aya görə 475 min barrel, BƏƏ-də 180 min barrel, Küveytdə isə 127 min barrel artıb. Venesuelada sutkalıq istehsal təxminən 100 barrel artaraq 340 min barrelə çatıb.
Avqustda kartelə üzv ölkələrdən neft istehsalı ən çox İraqda azalıb. Bu ölkənin sutkalıq hasilatı 100 min barrel geriləyib.
Keçən ay dünyadakı qazma qurğularının sayı iyul ayı ilə müqayisədə 19 ədəd artaraq 1168 olub. Həmin qurğuların 377-si OPEC-ə üzv ölkələrdədir.
banner

Oxşar Xəbərlər