Avqustda iki “el klasiko” olacaq
İspaniya Superkubokunun keçiriləcəyi vaxt müəyyənləşib.
Kaspi.az xəbər verir ki, Superkubok qarşılaşmasında "Barselona”
"Real”la üz-üzə gələcək. İlk oyun avqustun 13-də "Nou Kamp”da baş tutacaq. Təkrar
görüş isə avqustun 16-da "Santyaqo Bernabeu”da keçiriləcək.
İspaniya çempionatının keçirilmə tarixi də müəyyənləşib. Çempionat
avqustun 19-da başlayacaq, mayın 20-də başa çatacaq. İspaniya kubokunun finalı
isə aprelin 21-nə planlaşdırılıb.