AZE | RUS | ENG |

Aviqdor Libermanın qurduğunu heç kim dağıtmayacaq

Aviqdor Libermanın qurduğunu heç kim dağıtmayacaq
Aviqdor Libermanın qurduğunu heç kim dağıtmayacaq.

Bunu Trend-ə "Azİz” Azərbaycan-İsrail beynəlxalq assosiasiyasının rəhbəri Lev Spivak İsrailin müdafiə naziri Aviqdor Libermanın istefa qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdə A.Libermanın istefası tamamilə gözlənilən idi:

"Təsəvvür edin ki, iki gün ərzində sizin üzərinizə 400-dən çox raket atılır. Həm də hansısa qonşu ölkədən yox, sizin 15 milyon dollar hədiyyə verdiyiniz ölkədən. Bir insan, siyasətçi və xüsusilə də müdafiə naziri olaraq onun fələstinlilərlə atəşkəs qərarından sonra istefa verməkdən başqa variantı yox idi”.

O qeyd edib ki, indiki vəziyyətdə A.Libermanı əvəz etmək çətin olacaq, çünki siyasətçilər, eləcə də peşəkar hərbçilərin heç də hamısı müdafiə naziri olmağa razılıq verməyə bilər.

L.Spivakın sözlərinə görə, A.Libermanın istefası Azərbaycanla hərbi-texniki əməkdaşlıqda hər hansı bir dəyişikliyə gətirib çıxarmayacaq:

"Hər kəs bu əməkdaşlığın vacibliyini başa düşür. Ötən illər ərzində Liberman Knessetin demək olar ki, bütün deputatlarına Azərbaycanla əlaqələrin vacibliyini çatdırıb. Libermanın qurduğunu heç kim dağıtmayacaq, çünki hamıya aydındır ki, bu, düzgün və yaxşıdır”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176