• çərşənbə, 24 Aprel, 09:28
  • Baku Bakı 13°C

Aviqdor Liberman: “İsrailin Minsk qrupunda iştirakı təklifi olarsa, ciddi müzakirə edərik“

01.05.14 16:36 1006
Aviqdor Liberman: “İsrailin Minsk qrupunda iştirakı təklifi olarsa, ciddi müzakirə edərik“
"Azərbaycan bizim üçün dostdur. Azərbaycan tolerant bir ölkədir. Azərbaycan tolerantlıq nümunəsidir. Azərbaycanda yaşayan yəhudilər hər zaman, hətta Holokost zamanı burada özlərini rahat hiss ediblər". Trend-in məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman bu gün keçirilən mətbuat konfransında bildirib.
Nazir bildirib ki, Azərbaycanla bugünkü münasibətlər ən yüksək səviyyədədir. Münasibətlər hər sahədə pozitiv dinamikada inkişaf edir: "Biz ikitərəfli münasibətləri müzakirə etdik. Əsas prioritetlər kənd təsərrüfatı və energetikadır".
İsrailin Minsk qrupunda iştirakı məsələsinə dair sualı cavablandırarkən nazir bildirib: "İnanmıram ki, İsrailin Minsk qrupunda iştirakını kimsə bizə təklif edə. Amma təklif olsa, biz onu ciddi müzakirə edərik. Lakin bu təklifin hansı tərəfdən gəldiyini bilməliyik".
Azərbaycan-İran münasibətlərinə dair suala cavab verən nazir bildirib ki, İsrail başqa ölkələrin daxili işlərinə qarışmır: "Hər bir ölkənin öz maraqları var".
Nazir bildirib ki, bir çox şirkət o cümlədən Ticarət Palatası ikitərərfli münasibətlərin inkişafı istiqamətində çalışır. Nazir həmçinin bildirib ki, sərnişinlərin sayı çox olduğundan, Bakı-Tel Əviv-Bakı aviareyslərinin sayı artırılacaq.
İsraildə Azrbaycan səfirliyinin açılmasına gəlincə, nazir bildirib ki, bu, Azərbaycan hökümətindən də asılıdır.
banner

Oxşar Xəbərlər