• cümə, 29 Mart, 14:13
  • Baku Bakı 14°C

AVCİYA-nın "Xocalı yaddaşı” kitabı işıq üzü görüb

20.02.17 12:45 1174
AVCİYA-nın "Xocalı yaddaşı” kitabı işıq üzü görüb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "1905.az” portalının "1905.az kitabı” seriyasından ikinci nəşri – "Xocalıyaddaşı” kitabı işıq üzü görüb.
AVCİYA-danAPA-ya verilən məlumata görə, kitabXocalısoyqırımı qurbanlarının xatirəsinə ithaf olunub və şərti olaraq üç hissəyə bölünüb. Kitab AVCİYA-nın prezidenti, Elxan Süleymanovun ön sözü ilə açılır.
Birinci hissədə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsinin tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin işğalı ilə bağlı materiallar, ikinci hissədəXocalırayonu və şəhəri,Xocalısoyqırımı, hadisə zamanı itkin düşənlərin, əsir və girov götürülənlərin siyahısı, əsir və girov götürülənlərlə bağlı ətraflı məlumat, faciə zamanı müstəsna igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanları, qətliamı törədən erməni qruplaşmaları, xocalılara divan tutulan yaşayış məntəqələri ilə bağlı materiallar yer alıb. Üçüncü hissədə isə Rusiyanın "Memorial” İnsan Hüquqları Mərkəzinin, "Human Rights Watch” təşkilatınınXocalıhadisələri ilə bağlı hesabatı,Xocalısoyqırımı ilə bağlı rəsmi sənədlər, ümummilli lideri Heydər Əliyevin və prezidenti İlham Əliyevin bir sıra çıxış və müraciətləri, hadisənin soyqırımı kimi dəyərləndirilməsi ilə bağlı materiallar, Heydər Əliyev FondununXocalısoyqırımının tanıdılması ilə bağlı fəliyyəti, "Xocalıya ədalət” kampaniyası, soyqırımın beynəlxalq aləmdə tanınması, eləcə də bu hadisə ilə bağlı gerçəkləri dünyaya yayan insanlar haqqında məlumatlar verilib.
Kitabın ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti,Elxan Süleymanov, elmi məsləhətçiləri AMEA-nın müxbir üzvü İlyas Babayev, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, iqtisad elmlər doktoru Vurğun Süleymanov və başqaları, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevdir.
banner

Oxşar Xəbərlər