• çərşənbə axşamı, 19 mart, 13:19
  • Baku Bakı 8°C

AVCİYA-nın layihəsi çərçivəsində BSU-da növbəti debat keçirilib - Fotolar

25.04.17 19:04 1334
AVCİYA-nın layihəsi çərçivəsində BSU-da növbəti debat keçirilib - Fotolar
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsini həyata keçirir.

Layihə bütövlükdə 2017-ci ili əhatə edəcək və il ərzində tədris semestri nəzərə alınmaqla müxtəlif universitetlərdə debatlar təşkil olunacaq. Bu tədris semestrində 4 debatın keçirilməsi nəzərdə tutulub. Artıq üç universitetdə debatlar təşkil edilib. Bu semestr çərçivəsində sonuncu debat 25 aprel 2017-ci il tarixində Bakı Slavyan Universitetində (BSU) keçirilib.

BSU-nun konfrans zalında keçirilən debatda layihənin koordinatoru İradə Yaqubova layihə barədə məlumat verib. O, bu layihənin tələbələr üçün mühüm rola malik olduğunu diqqətə çatdırıb.

Moderator Orxan Cabbarov layihə çərçivəsində keçirilən bu dəfəki debatın mövzusunun "İnformasiya müharibəsində necə udmalı?” olduğunu vurğulayıb. O, mövzu ilə bağlı tələblələrin bu sahədə fikir mübadiləsi aparacağını deyib.

Daha sonra debata start verilib və tələbələr informasiya müharibəsində Azərbaycanın mövqeyinin qorunması, təşkilatlanma və hədəflərin nədən ibarət olması ilə bağlı fikir mübadiləsi aparılıb.

İnformasiya müharibəsində Azərbaycan həqiqətlərinin çatdırılmasında fərdlərdə, yoxsa cəmiyyətdə problemin olması diqqətə çatdırılıb.

Problemin fərdlərdə olduğunu hesab edən tərəf qeyd edib ki, informasiya müharibəsində daha çox fərdlər fəal olmalıdır. Çünki cəmiyyəti formalaşdıran fərdlərdir və informasiya müharibəsində hər bir şəxs birinci özündən başlmalıdır. Hər kəs öz üzərinə düşəni etsə, problem cəmiyyətə sirayət etməz.

İnformasiya müharibəsində cəmiyyətdə problemin olduğunu vurğulayan tərəf diqqətə çatıdırb ki, əgər fərdin qaldırdığı hər hansı məsələ dəstək almırsa, onda problem cəmiyyətdədir. Fərd olaraq, Azərbaycan həqiqətlərinin çatdırılması üçün addımlar atılır, lakin cəmiyyətin reaksiyası buna adekvat deyil.

BSU-nun debat klubunun üzvləri və digər tələbələr arasında mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Universitetin Magistrantlar Şurasının sədri, II kurs magistrant Rüfət Haşımov qeyd edib ki, Azərbaycan həqiqətlərinin yayılmasında informasiya müharibəsində işlər görülüb, lakin bunlar kifayət etmir. O, konkret faktların təqdimatı ilə ermənilərin infromasiya həmləsinin qarşısını almağın mümkün olduğunu deyib.

Sonda tələbələrin debatdakı müzakirələri ekspertlər- BSU-nun prorektoru Xanım Sultanova, BSU-nun Diplomatiya və xarici siyasəsət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikultarizmi kafedrasının müdiri Rauf Hacı, Elektron idarəetmə resursları şöbəsinin müdiri Nurlan Məmmədov, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Sadir Məmmədov, İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov tərəfindən qiymətləndirilib.

banner

Oxşar Xəbərlər