AVCİYA-nın layihəsi çərçivəsində BDU-da növbəti debat keçirilib - Fotolar
Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Azərbaycan gəncliyi
gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsini həyata keçirir.
Layihə
bütövlükdə 2017-ci ili əhatə edəcək və il ərzində tədris semestri nəzərə
alınmaqla müxtəlif universitetlərdə debatlar təşkil olunacaq. Bu tədris
semestrində 4 debatın keçirilməsi nəzərdə tutulub. Artıq iki universitetdə
debatlar təşkil edilib. Növbəti debat 22
aprel 2017-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) keçirilib.
BDU-nun
Heydər Əliyev Mərkəzində keçirilən debatda layihənin koordinatoru İradə
Yaqubova layihə barədə məlumat verib. O, bu layihənin tələbələr üçün mühüm rola
malik olduğunu bildirib.
Moderator
Orxan Cabbarov layihə çərçivəsində keçirilən bu dəfəki debatın mövzusunun "Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasındagənclərimizin verdiyi və verə biləcək
töhfələr” olduğunu diqqətə çatdırıb. O, mövzu ilə bağlı tələblələrin bu sahədə
fikir mübadiləsi aparacağını deyib.
Daha
sonra debata start verilib və tələbələr Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında gənclərin rolunun olub-olmaması ilə bağlı fikir mübadiləsi
aparılıb.
Bu məsələdə
problemin fərdlərdə, yəni gənclərdə olduğunu qeyd edən tərəf hesab edir ki, gənclər
öz üzərindən məsuliyyəti atır. Eyni zamanda gənclərin maarfiləndirilməsinə və
bu sahədə təbliğat işinin aparılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.
Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasında problemin cəmiyyətdə olduğunu, gənclərdə
olmadığını düşünən tərəf isə hesab edir ki, ölkəmiz müstəqillik əldə etdikdən
sonra gənclər kifayət qədər işlər həyata keçirib. Onlar
hesab edir ki, gənclər bu gün internet media və sosial şəbəkələr vasitəsilə müəyyən
qədər işlər görür.
BDU-nun
debat klubunun üzvləri və digər tələbələr arasında mövzu ilə bağlı geniş
müzakirələr aparılıb.
Sonda tələbələrin
debatdakı müzakirələri ekspert- İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri
Şahin Camalov tərəfindən qiymətləndirilib.