AZE | RUS | ENG |

Autizmli uşaqlara kompozisiya və klip həsr olundu

Autizmli uşaqlara kompozisiya və klip həsr olundu
Tanınmış bəstəkar Sevinc Tofiqqızının yeni kompozisiyası olan "Səssiz duyğular” autizm uşaqlara və gənclərə həsr olunub. Musiqisi Sevinc Tofiqqızına, sözləri Baba Vəziroğluna  məxsus olan mahnının klipi də artıq hazırdır.
Sevinc Tofiqqızı layihə ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, "Səssiz duyğular”  adlı kompozisiyanın əsas məqsədi  autizm sindromundan əziyyət çəkənlərə mənəvi dəstək olmaqdır:
"Klipdə rol alan Elnar bala da autizm sindromundan əziyyət çəkir. Mən hər zaman autizmli uşaqların, gənclərin yanındayam. Qeyd edim ki, autizmlilərin İdman Klubu ictimai Birliyinin sədri Elnur Məmmədli layihənin əsas rəhbəridir. Təqdim edəcəyimiz çarxın rejissoru Zəki Bağırov, montajı Mircəlil Ağayevə məxsusdur. Klipin çəkilişində "Azəri prodakşın” öz dəstəyini əsirgəmədi. Bu işdə hər kəs bizə dəstək göstərdi.  Buna görə hamıya təşəkkürümü bildirirəm”.
Bəstəkar bildirdi ki, "Səssiz duyğular” adlanan bu klipdə əməkdar artist Bəhram Bağırzadə, Sevinc Tofiqızı, Elnar və autizmdən əziyyət çəkən uşaqlar, gənclər  rol alıb. Məlumat üçün bildirək ki, tezliklə bu video çarxın təqdimatı keçiriləcək.
 
Qeyd edək ki, Sevinc Tofiqqızının "Mübariz” mahnısı Türk mətbuatının böyük marağına səbəb olub. Hazırda Türkiyədə olan  bəstəkar müxtəlif problemlərə toxunur və daha çox vətənpərvər ruhda mahnılara üstünlük verir. Onun müəllifi olduğu mahnılar Türkiyə mediası və təşkilatları tərəfindən mükafatlara layiq görülüb.
 
Klipin linki: 
 





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896