• cümə, 29 Mart, 00:38
  • Baku Bakı 7°C

“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda konfrans keçiriləcək

03.05.14 13:41 1736
“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda konfrans keçiriləcək
AMEA Memarlıq və İncəsənət İnstitutu 4-5 iyun 2014-cü il tarixində “Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda Respublika elmi-praktiki konfransı keçirəcəkdir.
Bütün aidiyyatlı qurumları cəlb etməklə təşkil olunacaq konfransda Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin internet şəbəkəsində mövcud durum və problemlər, onların növlərarası inteqrasiyası, cəmiyyətə təsiri parametrləri və perspektivləri müzakirə obyektinə çevriləcəkdir.
Bu gün ölkəmizdə yaranmaqda olan informasiya cəmiyyəti şəraitində xüsusi aktuallıq daşıyan bu konfransın keçirilməsi ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan addım kimi əhəmiyyətli rol oynayacaqdır.
Arzu edən alim və mütəxəssislər konfransa məruzəçi və ya iştirakçı (çıxışçı) qismində qatıla bilərlər (bu, doldurulacaq Forma 1-in “iştiraketmə forması” bəndində qeyd olunmalıdır).
İştirakla bağlı məlumat və məruzənin tezisləri Forma 1 doldurulmaqla elektron formada 15 may 2014-cü il tarixindən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: [email protected]
Əlaqə telefonu: 050 344 70 88. Koordinator: Vidadi Qafarov.
Məruzələr konfransın açılışı günü müvafiq tərtib qaydalarına əməl olunmaqla (bax: Forma 2) diskə yazılmış və A4 formatda kağızda çap edilmiş şəkildə koordinatora təqdim olunmalıdır.
Qəbul edilmiş məruzələr konfransdan sonra İnstitutun “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalında dərc olunacaqdır.
Konfrans haqqında elanın elektron formatı ilə AMEA-nın http://www.science.az/ və Memarlıq və İncəsənət İnstitutunun http://www.mii.az/ saytlarında tanış olmaq olar.
banner

Oxşar Xəbərlər