• cümə, 29 Mart, 11:32
  • Baku Bakı 5°C

ATV-də kütləvi etiraz: bir qrup əməkdaş işdən çıxdı

10.09.14 13:07 997
ATV-də kütləvi etiraz: bir qrup əməkdaş işdən çıxdı
"Azad Azərbaycan" telekanalının bir neçə əməkdaşı işdən çıxıb. Show.az-ın verdiyi məlumata görə, buna səbəb “ATV”–də baş dekorçu vəzifəsində çalışan Elxan Novruzovun kanalla yollarını ayırması olub.
Bildirilir ki, Elxana şəxsi avtomobilini ATV-nin həyətində park etməyə icazə verilmir və onun iş otağı əlindən alınıb. Baş dekorçuya qarşı olan münasibətə etirazlarını bildirən digər dekorçular qrupu da kanalı tərk edib.
Həmin işçilərin telekanal rəhbərliyinin daha yüksək maaş söz verməsinə baxmayaraq, işə qayıtmaq istəmədiyi də bildirilir.
Qeyd edək ki, Elxan Novruzov xəbəri təsdiqləyib.
banner

Oxşar Xəbərlər