• şənbə, 20 Aprel, 17:39
  • Baku Bakı 23°C

ATU rektoru xaricdə təhsil alan həkimlərə müraciət edib - Fotolar

23.02.17 14:40 855
ATU rektoru xaricdə təhsil alan həkimlərə müraciət edib - Fotolar
Azərbaycan Tibb Universitetinin (ATU) professor-müəllim heyəti arasında xarici ölkələrdə təhsil almış gənc mütəxəssislərin sayı kifayət qədərdir. Bu gün universitetin rektoru, professor Gəray Gəraybəyli hazırda ATU-nun klinikalarında və müxtəlif kafedralarında çalışan belə həkimlərlə görüşüb.

Rektor G.Gəraybəyli Tibb Universitetinin bu cür yetirmələri olduğuna görə fəxr hissi keçirdiyini bildirib: "Hər biriniz öz sahənizdə tanınan insanlarsız. Dünyanın aparıcı ölkələrinin təhsil sistemi, oradakı klinikaların fəaliyyəti, universitet strukturu ilə tanışsınız. Çox istərdim ki, bu biliklərinizin bizim universitetin fəaliyyətinin daha da yaxşılaşması naminə tətbiq olunmasına yardım edəsiniz. Çünki müasir, yeniləşən Azərbaycanda universitetlər də yeniliklərə açıq olmalı, bir sıra dəyişikliklər etməlidirlər”. G.Gəraybəyli Azərbaycan Tibb Universitetinin adının dünyanın qabaqcıl elmi müəssisələri ilə yanaşı çəkilməsi üçün istənilən təklif və müraciətlərə açıq olduqlarını bildirdi. Rektor xüsusilə rezidentlərə yardım üçün peşəkar kadrlara, gənc mütəxəssislərə ehtiyac olduğunu qeyd etdi.
Daha sonra professor G.Gəraybəyli ATU-da Türkiyənin tanınmış universiteti ilə birgə icra olunacaq yeni layihə haqqında tədbir iştirakçılarına məlumat verdi. Həmçinin, ATU klinikalarındakı yeni avadanlıqlar, burada uğurla həyata keçirilən unikal əməliyyatlar, treninq mərkəzlərinin tələbələrin püxtələşməsinə göstərdiyi yardımın əhəmiyyətindən bəhs etdi. Görüşün davamında bu istiqamətdə atıla biləcək addımlarla əlaqədar müxtəlif fikirlər və təkliflər səsləndirildi.




banner

Oxşar Xəbərlər