ATU-nun yeni doktorant və dissertantları ilə görüş keçirilib - Fotolar
Azərbaycan
Tibb Universitetinin doktorantura və dissertantura şöbəsinə qəbul başa çatıb.
Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli doktorant və dissertant
adını qazanan gənc alimlərlə görüşüb, onları təbrik edib.
Rektor G.Gəraybəyli bildirib ki, Tibb Universitetində
təhsilin hər pilləsində, o cümlədən doktorantura və dissertanturada bütün
proseslər tamamilə şəffaf aparılır. Professor Gəray Gəraybəyli gənclərə elmi
işlərlə bağlı mövzu seçimi, işlərin aparılması, elmi tədqiqatlarda məsuliyyətli
olmağı məsləhət görüb.
Görüş
zamanı gənc alimlər təhsil və tədrisin təşkil iilə bağlı öz fikirlərini
bildirib, təkliflərini səsləndirdilər. Rektor doktorant və dissertantlara gələcəkdə
üzləşdikləri hər bir çətinliklə bağlı rəhbərliyə müraciət etməyi tövsiyyə etdi.
Qeyd edək
ki, bu il Azərbaycan Tibb Universitetinin doktorantura və dissertantura şöbəsinə
30 nəfər qəbul olub. Onlardan 19-u dissertant, 11-i doktorantdır.