• şənbə, 27 Aprel, 02:55
  • Baku Bakı 14°C

ATU-nun rektoru Beynəlxalq Universitetlər Assosiasiyasının prezidenti ilə görüşüb

17.03.17 15:36 598
ATU-nun rektoru Beynəlxalq Universitetlər Assosiasiyasının prezidenti ilə görüşüb
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Qafqaz Universitetinin rektoru, Beynəlxalq Universitetlər Assosiasiyasının prezidenti Kaxa Şengeliya ilə görüşüb.
Qafqaz Universitetinin rektoru Kaxa Şengeliya ATU-da olduğundan məmnunluğunu ifadə edib. Beynəlxalq Universitetlər Assosiasiyası barədə məlumat verən rektor qurumun 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının yanında yaradıldığını qeyd edib: "Dünyanın 200-dən çox nüfuzlu universiteti bu Assosiasiyanın üzvüdür: "Assosiasiyanın əsas mərkəzləri ABŞ-ın Nyu-York şəhərində və Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir”.
Beynəlxalq Universitetlər Assosiasiyasının bu ilin 5-8 iyul tarixində Avstriyanın paytaxtı Vyana şəhərində toplantısı keçiriləcək. Qurum prezidenti Kaxa Şengeliya rektor Gəray Gəraybəylini də toplantıya dəvət edərək, "sizi orada görməkdən məmnunluq duyarıq” – dedi.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qonağa ATU-nun fəaliyyəti, klinikaları haqqında geniş məlumat verdi. Bildirdi ki, ATU Azərbaycanda həkim və əczaçılıq sahəsində mütəxəssis hazırlayan yeganə ali təhsil ocağıdır: "Universitetimizə ildə təxminən 1000 tələbə qəbul edilir. Hazırda 7000-ə yaxın tələbəmiz var. Bütövlükdə Azərbaycanın aparıcı ali ocaqlarından biriyik. Azərbaycan Tibb Universiteti xarici tələbələrin sayına görə ölkəmizdə 1-ci yeri tutur. Hazırda universitetə 26 ölkədən 1500-ə yaxın xarici tələbə qəbulu var”.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Rafiq Camalov da iştirak edirdilər.
Görüşdə rektor G. Gəraybəyli qonağı ATU-nun fəxri medalı ilə təltif etdi.
banner

Oxşar Xəbərlər