• cümə, 29 Mart, 13:00
  • Baku Bakı 14°C

ATU ilə Giresun Universiteti arasında müqavilə imzalandı

23.09.13 15:49 1479
ATU ilə Giresun Universiteti arasında müqavilə imzalandı
Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Giresun Universitetinin nümayəndə heyəti ilə görüş baş tutub. Görüş zamanı Giresun Universitetinin rektoru, professor Aygün Attar və ATU rektoru, akademik Əhliman Əmiraslanov arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Görüşün əvvəlində akademik Əhliman Əmiraslanov qonaqlara ATU haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Tibb Universiteti Azərbaycanın səhiyyə sahəsini peşəkar kadrlarla təmin edir: "Hazırda universitetdə yüksək səviyyəli təhsil və tədris üçün hər cür şərait yaradılıb. Artıq ATU nəzdində 4 klinika fəaliyyət göstərir. Bu klinikalar ən son texnoloji avadanlıqlarla təchiz olunub. Burada dünya səviyyəsində gənc mütəxəssis hazırlığını həyata keçirmək üçün laboratoriyalar qurulub". Rektor ATU-da tələbələrin, rezidentlərin və doktorantların təhsili və biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyalarının yaradıldığını da bildirdi.
Professor Aygün Attar da öz növbəsində Giresun Universiteti ilə bağlı bilgiləri açıqlayıb. Rektor qeyd edib ki, Giresun Universiteti yeni olmasına baxmayaraq, sürətlə böyüyən və inkişaf edən bir ali təhsil məktəbidir: "Artıq universitetimizdə region ölkələrindən - Azərbaycan, Ukrayna, Gürcüstan və Rusiyadan tələbələr var. Biz Türkiyə-Azərbaycan münasibətlərini daha da yaxşılaşması üçün təhsil sahəsi də əlimizdən gələni edəcəyik".
Görüşün sonunda iki universitet arasında akademik və elmi iş birliyi haqqında müqavilənin təkmilləşdirilmiş variantı imzalanıb. Bu saziş iki universitet arasında əməkdaşlıq, qarşılıqlı rezidentura imkanlarının, ortaq elmi araşdırmaların reallaşdırılmasını nəzərdə tutur. Protokola görə, Giresun Universitetinin nəzdində yeni yaradılan və səhiyyə sahəsində çalışacaq kadrlar yetişdirən Sağlıq Xidmətləri Peşə Məktəbi ilə qarşılıqlı təhsil-tədris işbirliyi də həyata keçiriləcək.
Sonda professor Aygün Attar və millət vəkili Əhliman Əmiraslanov bir-birilərinə xatirə olaraq plaketlər və hədiyyə paketləri təqdim etdilər.
Qeyd edək ki, Giresun Universitetinin 20 nəfərlik nümayəndə heyətində rektor köməkçisi professor Ahmet Ergin, kommunikasiya fakültəsinin dekanı prof. Jale Sarmaşık, baş katib Bünyamin Kaya və digərləri yer alıblar.

banner

Oxşar Xəbərlər