• şənbə, 20 Aprel, 02:53
  • Baku Bakı 15°C

ATU-da kafedralar “Tibb Şəhərciyi”nə toplaşdı

10.09.14 16:28 1774
ATU-da kafedralar “Tibb Şəhərciyi”nə toplaşdı
Yeni tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində tələbələrin rahatlığına imkan verən daha bir yenilik tətbiq edilir. Belə ki, bu ildən başlayaraq tələbələrin dərsləri əsasən Universitetin “Tibb şəhərciyi”ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək.
Əvvəlki illərdə ATU tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif istiqamətlərindəki xəstəxanalarda yerləşən kafedralara getməli olurdular. Bu isə tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə gecikməsinə səbəb olurdu. Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris kafedraları ATU-nun “Tibb Şəhərciyi”ndə yerləşən, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək tibbi xidmətin göstərildiyi klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb.
Beləliklə, ATU-da tələbələrin tədris proqramını tam əhatə etməyə imkan verən kafedralar artıq “Tibb Şəhərciyi”ndə birləşib. Bu isə tələbələrin daha çox vaxta qənaət etməsinə, diqqəti təhsilə yönəltməyə, onların rahatlığına şərait yaradır. Hazırda “Tibb Şəhərciyi”ndə Tədris Terapevtik Klinika, Tədris Cərrahiyyə Klinikası, Onkoloji və Stomatoloji klinikalarla yanaşı, həmçinin 5 əlavə tədris binası da fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər