• cümə, 19 Aprel, 07:22
  • Baku Bakı 13°C

ATU-da “Erasmus+”la bağlı məlumatlandırma günü keçirildi

04.10.19 15:56 528
ATU-da “Erasmus+”la bağlı məlumatlandırma günü keçirildi
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Erasmus+ proqramı ilə bağlı məlumatlandırma günü keçirildi. Tədbirin əsas məqsədi Erasmus+ proqramının Azərbaycan universitetləri üçün verdiyi imkanlar, mövcud proqramlar və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini məlumatlandırmaqdan ibarətdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev ötən əsrdən etibarən fəaliyyət göstərən mübadilə proqramının Azərbaycanda da populyar olduğunu, azərbaycanlı tələbələrin də Erasmus proqramının verdiyi üstünlüklərdən bəhrələndiyini vurğuladı: "Azərbaycan Tibb Universiteti də bu layihədə daim aktiv iştirak edən universitetlərdən biri olub. ATU bu layihələrə 2007-ci ildən qatılıb, Erasmus proqramı çərçivəsində icra olunan 8 layihədə aktiv iştirak edib”.
Erasmus poqramında uğurla iştirak etmək baxımından məlumatlandırma gününün xüsusi əhəmiyyət kəsb etdiyini deyən O.İsayev Avropa İttifaqı tərəfindən maliyyələşən bu layihənin Avropa institutları ilə Azərbaycan hökuməti ilə əməkdaşlığında mühüm yer tutduğunu da bildirdi. Prorektor O.İsayev ATU nümayəndələrini aktiv olmağa və proqramın üstünlüklərindən yararlanmağa çağırdı.
Təhsil Nazirliyinin ali təhsil sektorunun müdiri Yaşar Ömərov Erasmus+ proqramının mahiyyətinin nazirliyin strateji hədəflərinə uyğun olmasından danışdı: "Bolonya prosesinin əsas prinsiplərindən biri təhsilin beynəlmiləlləşməsi ilə bağlıdır. Təhsil Nazirliyinin də bu hədəf çərçivəsində bir neçə məqsədləri mövcuddur ki, bunlardan da biri təhsilimizin vahid Avropa təhsil məkanına inteqrasiyasının gücləndirilməsi, universitetlərimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eyni zamanda universitetlərin bu tip proqramlarda iştirakının artmasına nail olmaqdır. Daha spesifik məqsəd olaraq, tələbələrlə mobilliyin təmin olunması, bu tip proqramlarda iştirakının təmin edilməsi, eyni zamanda beynəlxalq təcrübənin kullikuma tədbiq edilməsi bizim əsas məqsədlərdən biridir”. Y.Ömərov qeyd edib ki, bu kontekstdə Təhsil Nazirliyi tərəfindən önəmli addımlar atılıb, bəzi dövlət proqramalrı qəbul olunub və bu istiqamətdə işlər davam etdirilir.
Erasmus +un Milli ofisinin nümayəndəsi Pərviz Bağırov Azərbaycanda "Erasmus+” proqramı və Milli Erasmus+ ofisinin rolu haqqında məruzə ilə çıxış edərək, tarixi haqqında və bu günki yeniliklər haqqında məlumat verib.
Qeyd olunub ki, Erasmus + proqramının Milli Ofisi ölkəmizdə Avropa Komissiyası, Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) və milli hakimiyyət orqanlarının dəstəyi ilə ERASMUS + Proqramını həyata keçirir. NEO Azərbaycanda təhsil siyasətinin inkişafını, xüsusilə də ali təhsil sahəsində, həmçinin təhsilin digər səviyyələrində yaxından izləyir.
Açılış nitqlərindən sonra çıxış edənlər tərəfindən Erasmus+ çərçivəsində Ali Təhsildə Potensialın Gücləndirilməsi (CBHE) proqramının Azərbaycanda tətbiqi barədə məlumat verildi. Yaxın vaxtlarda elan ediləcək proqramlar, onların əsas istiqamətləri, müraciət qaydaları haqqında bilgilər açıqlanıb. Digər universitet nümayəndələri Erasmus+ proqramında iştirakı haqqında danışıblar.
Məlumatlandırma sessiyasında o cümlədən Erasmus Tələbə Şəbəkəsinin imkanlarından söz açıldı.
Erasmus+ proqramı 2014-2020-ci illərdə təhsil, gənclər və idman, peşəkar hazırlıq sahəsində fəaliyyətləri dəstəkləyir. Proqram ixtisasın yüksəldilməsi, təhsilin modernləşdirilməsiən yönəlib.
Erasmus+ proqramı 4 milyon insana təhsil almaq, iş təcrübəsi toplamaq və xarici ölkədə könüllü fəaliyyəti ilə məşğul olmaq imkanı verir.


banner

Oxşar Xəbərlər