• şənbə, 27 Aprel, 07:12
  • Baku Bakı 12°C

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının növbəti sessiyası başlayıb

18.09.18 11:00 379
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının növbəti sessiyası başlayıb
Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyası başlayıb.
DGK-dən Trend-ə verilən məlumata görə, sessiyada nüvə təhlükəsizliyi, radiasiya təhlükəsizliyi, eləcə də tullantılarla rəftar və daşınma qaydaları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, fiziki nüvə təhlükəsizliyi, Texniki Əməkdaşlıq Sahəsində Agentliyin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov da iştirak edir.
Sessiya çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçiriləcək "Sərhəd-keçid məntəqələrində radioloji nəzarətin inkişaf etdirilməsi" layihəsinin konsepsiyası, bu sahədə müvafiq təlimlərin keçirilməsi və DGK-nın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq avadanlıqların verilməsi müzakirə olunacaq.
Bu müzakirələr DGK ilə AEBA arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
banner

Oxşar Xəbərlər