• şənbə, 20 Aprel, 14:19
  • Baku Bakı 23°C

Atmosferin çirklənməsi problemi macarları çox narahat edir

12.01.19 17:30 936
Atmosferin çirklənməsi problemi macarları çox narahat edir
Macarlar ətraf mühitin çirklənməsini hazırda cəmiyyət qarşısında duran ən ciddi problem hesab edirlər.AZƏRTACxəbər verir ki, "E.ON” energetika şirkətinin apardığı sorğunun nəticələrindən belə məlum olur.
Sorğuda yeddi ölkədən 7 min nəfər iştirak edib. Rəyi soruşulanlara belə bir sualla müraciət olunub: hazırda cəmiyyət qarşısında duran hansı problemi ən böyük problem sayırlar – müharibəni, yoxsulluğu, yoxsa ətraf mühitin çirklənməsini?
Macarıstandan olan respondentlərin 33,4 faizi hesab edir ki, ətraf mühitin çirklənməsi ən ciddi problemdir, onun ardınca yoxsulluq və iqlim dəyişmələri gəlib. Rəy sorğusu keçirilən ölkələr arasında Macarıstan müharibədən daha az qorxub. Burada respondentlərin yalnız 6,7 faizi müharibəni ən əsas problem sayır.
Sorğu göstərib ki, macarların böyük əksəriyyəti fəal surətdə parnik effektinə qarşı mübarizə aparmağa çalışır. Macarların az qala yarısı ekoloji təmiz üsullarla yetişdirilən məhsullar üçün 5 faiz artıq pul ödəməyə hazırdır. Macarıstandan olan respondentlərin üçdəiki hissəsi hesab edir ki, təkcə şirkətlər və ölkələr deyil, ayrı-ayrı insanlar da ətraf mühitin mühafizəsinə öz töhfəsini verməlidirlər.
banner

Oxşar Xəbərlər