AZE | RUS | ENG |

Atmosferin çirklənməsi problemi macarları çox narahat edir

Atmosferin çirklənməsi problemi macarları çox narahat edir
Macarlar ətraf mühitin çirklənməsini hazırda cəmiyyət qarşısında duran ən ciddi problem hesab edirlər. AZƏRTAC xəbər verir ki, "E.ON” energetika şirkətinin apardığı sorğunun nəticələrindən belə məlum olur.

Sorğuda yeddi ölkədən 7 min nəfər iştirak edib. Rəyi soruşulanlara belə bir sualla müraciət olunub: hazırda cəmiyyət qarşısında duran hansı problemi ən böyük problem sayırlar – müharibəni, yoxsulluğu, yoxsa ətraf mühitin çirklənməsini?

Macarıstandan olan respondentlərin 33,4 faizi hesab edir ki, ətraf mühitin çirklənməsi ən ciddi problemdir, onun ardınca yoxsulluq və iqlim dəyişmələri gəlib. Rəy sorğusu keçirilən ölkələr arasında Macarıstan müharibədən daha az qorxub. Burada respondentlərin yalnız 6,7 faizi müharibəni ən əsas problem sayır.

Sorğu göstərib ki, macarların böyük əksəriyyəti fəal surətdə parnik effektinə qarşı mübarizə aparmağa çalışır. Macarların az qala yarısı ekoloji təmiz üsullarla yetişdirilən məhsullar üçün 5 faiz artıq pul ödəməyə hazırdır. Macarıstandan olan respondentlərin üçdəiki hissəsi hesab edir ki, təkcə şirkətlər və ölkələr deyil, ayrı-ayrı insanlar da ətraf mühitin mühafizəsinə öz töhfəsini verməlidirlər.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896