• cümə, 10 May, 05:09
  • Baku Bakı 15°C

Atmosferdə toplanan viruslar üzərimizə “yağır”

10.02.18 19:46 416
Atmosferdə toplanan viruslar üzərimizə “yağır”
Alimlər virusların əksəriyyətinin atmosferdə toplandıqdan sonra Yer üzünə düşdüyünü açıqlayıblar.
AZƏRTAC"International Society for Microbial Ecology" dərgisinə istinadla xəbər verir ki, Kanada, İspaniya və ABŞ-dan olan elm adamlarının apardığı araşdırma nəticəsində virusların toz buludları və okean suyunun buxarının vasitəsi ilə atmosferə daşındığı, orada bir müddət qaldıqdan sonra yer üzünə yağdığı məlum olub.
Kanadanın Britiş Kolumbiya Universitetinin mütəxəssisi Kartis Satl bildirib ki, Yer kürəsinin sərhəd qatında hər kvadratmetrdə hər gün ən azı 800 milyon virus toplanır. Bu isə Kanadada adambaşına 25 növdə virus düşdüyü anlamına gəlir.
Təxminən 20 il əvvəl genetik olaraq oxşar virusların dünyanın bir çox fərqli bölgələrində aşkarlandığını ifadə edən mütəxəssis, bunun virusların atmosferdə səyahət etdiyini göstərdiyini deyib.
İspaniyanın Qranada Universitetinin ətraf mühit üzrə alimi İsabel Rexe virusların atmosferdə yayılandan sonra yağış və toz şəklində yerə düşdüyünü söyləyib.
banner

Oxşar Xəbərlər