• cümə axşamı, 25 aprel, 20:46
  • Baku Bakı 21°C

“Atletiko”nun icraçı direktoru Moskvada saxlanıldı

14.03.18 10:35 725
“Atletiko”nun icraçı direktoru Moskvada saxlanıldı
Avropa Liqasının 1/8 finalının "Lokomotiv”lə keçiriləcək cavab qarşılaşması üçün Moskvaya gələn "Atletiko” problemlə üzləşib.
Kaspi.az xəbər verir ki, "Atletiko”nun icraçı direktoru Migel Anhel Hil Marina Moskva aeroportunda saxlanılıb. O, gömrük yoxlamasından keçərkən pasportunu tapa bilməyib.
İcraçı direktorun pasportunu harda itirdiyi məlum deyil. Təyyarəyə baxış keçirilsə də, pasport tapılmayıb. Sənədlə bağlı problem həll olunana qədər, o, aeroportda qalmalı olacaq.
"Lokomotiv” - "Atletiko” oyunu martın 15-də keçiriləcək.
banner

Oxşar Xəbərlər