“Atletik”in futbolçusu ürəyindən əməliyyat olundu
"Atletik"in futbolçusu Raul Qarsiya əməliyyat
keçirib.
Kaspi.az xəbər
verir ki, Qarsiyanın ürəyində yüngül ürək aritmiyası aşkar edilib. Futbolçu mayın
7-də əməliyyat olunub. Ciddi bir problem olmayacağı təqdirdə, onun bu gün xəstəxanadan
buraxılacağı gözlənilir.
Qarsiyanın ürəyində
ilk dəfə problem 2016-cı ildə aşkar edilmişdi. Mövsümqabağı tibbi müayinə
zamanı həkimlər onun ürəyinin normal döyünmədiyini müəyyənləşdirmişdilər.
Maraqlıdır ki,
2016/17 mövsümündə Qarsiya bütün turnirlərdə
48 oyunda meydana çıxıb, 17 qol vurub.