• çərşənbə, 24 Aprel, 09:19
  • Baku Bakı 13°C

“Atletik”in futbolçusu ürəyindən əməliyyat olundu

08.05.18 14:10 717
“Atletik”in futbolçusu ürəyindən əməliyyat olundu
"Atletik"in futbolçusu Raul Qarsiya əməliyyat keçirib.
Kaspi.az xəbər verir ki, Qarsiyanın ürəyində yüngül ürək aritmiyası aşkar edilib. Futbolçu mayın 7-də əməliyyat olunub. Ciddi bir problem olmayacağı təqdirdə, onun bu gün xəstəxanadan buraxılacağı gözlənilir.
Qarsiyanın ürəyində ilk dəfə problem 2016-cı ildə aşkar edilmişdi. Mövsümqabağı tibbi müayinə zamanı həkimlər onun ürəyinin normal döyünmədiyini müəyyənləşdirmişdilər.
Maraqlıdır ki, 2016/17 mövsümündə Qarsiya bütün turnirlərdə 48 oyunda meydana çıxıb, 17 qol vurub.
banner

Oxşar Xəbərlər