• şənbə, 20 Aprel, 12:08
  • Baku Bakı 23°C

“Atletiko” ondan qurtulmaq istəyir

09.04.19 13:30 626
“Atletiko” ondan qurtulmaq istəyir
Deyəsən, Dieqo Kosta "Atletiko” üçün problemli futbolçuya çevrilir.
Kaspi.az xəbər verir ki, "Atletiko” rəhbərliyi Kostanın davranışından narazıdır. Məhz bu amili nəzərə alan rəhbərlik onunla yolları ayırmağı planlaşdırır.
"Barselona” ilə keçirilən oyunda Kosta hakimi təhqir etdiyi üçün meydandan qovulub. O, sarı vərəqə aldığı üçün ÇL-in 1/8 finalında "Yuventus”la keçirilən cavab qarşılaşmasında iştirak etməmişdi.
Rəhbərlik hesab edir ki, Dieqonun davranışları komandaya zərər verir. Məlumata görə, "Atletiko”nun baş məşqçisi Dieqo Simeone də futbolçunun göndərilməsinin əleyhinə deyil.
banner

Oxşar Xəbərlər