• çərşənbə axşamı, 16 aprel, 23:48
  • Baku Bakı 18°C

“Atletiko ölüb” deyənlər onu yaxşı tanımırlar

21.11.17 15:10 2769
“Atletiko ölüb” deyənlər onu yaxşı tanımırlar
"Atletiko”nun sabiq idman direktoru Ramon Monçi komandanın hazırkı durumu barədə danışıb.
Kaspi.az xəbər verir ki, hazırda "Roma”da idman direktoru kimi çalışan Monçi "Atletiko”nu siyahıdan silməyin tez olduğunu bildirib. O, "hinduları”ın baş məşqçisi Dieqo Simeonenin xarakterini nəzərə alaraq, belə iddiada olduğunu vurğulayıb:
"Kim hesab edirsə ki, "Atletiko” ölüb, həmin şəxslər Simeoneni yaxşı tanımırlar. Bəli, komandada eniş var idi. Ancaq indi dirçəliş başlayıb.
Bu səviyyədə tələblər çox yüksək olur. Bu qədər səhvlərə yol verə bilməzsən. Bundan əlavə, şübhələr hər an daha da möhkəmlənə, reallıq isə tamamilə fərqli ola bilər”.
banner

Oxşar Xəbərlər