• çərşənbə axşamı, 23 aprel, 10:44
  • Baku Bakı 20°C

“Atletiko” “Barselona”dan FİFA-ya şikayət etdi

20.12.17 13:20 1467
“Atletiko”  “Barselona”dan FİFA-ya şikayət etdi
Madrid "Atletiko”su "Barselona”nı qaydaları pozmaqda ittiham edib.
Kaspi.az xəbər verir ki, "Atletiko” "Barsa”dan FİFA-ya şikayət edib. "Hindular” hesab edirlər ki, "Barsa” Antuan Qrizmannla əlaqə qurmaqla, transfer qaydalarını pozublar.
Madrid klubu "Barsa”nın idman direktoru Gilermo Amorun sözlərindən sonra FİFA-ya üz tutub. Amor mətbuata verdiyi açıqlamada Qrizmannla əlaqə qurduqlarını etiraf etmişdi.
Bir müddət əvvəl "Mundo Deportivo” məlumat yaymışdı ki, Qrizmannın "Barsa” ya transferi de-fakto həll olunub.
banner

Oxşar Xəbərlər