• cümə, 19 Aprel, 05:46
  • Baku Bakı 18°C

“Atletik”də oynaya bilər, babası bask olub

04.03.20 14:30 908
“Atletik”də oynaya bilər, babası bask olub
"Yuventus”un futbolçusu Qonsalo İquain karyerasını İspaniyada davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, İquanin Bilbao "Atletik”ində çıxış etmək variantı yaranıb. Məlumata görə, "Atletik” İquainlə ciddi maraqlanır.
Argentinalı futbolçunun "Yuve” ilə müqaviləsi bu ilin yayında başa çatır. Əgər Turin klubu onunla müqaviləni uzatmasa, İquain "Atletik”ə havayı - azad agent kimi keçə bilər.
Məsələ burasındadır ki, Qonsala Bilbao klubunun transfer siyasətinə uyğun gəlir. Bu klubda ancaq bask mənşəli futbolçular çıxış edir. Məlumata görə, İquainin babası bask olub və Argentinaya köç edib.
banner

Oxşar Xəbərlər