AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Atletika üzrə dünya çempionatının vaxtı

Atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020"yə görə dəyişdirilib

İdman
31 Mart 2020, 10:00 460
2021-ci ildə keçiriləcək atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020" Yay Olimpiya Oyunlarına görə dəyişdirilib. Belə ki, mundial 2022-ci ildə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) rəsmi internet səhifəsində məlumat yayıb.
Məlumatda "World Athletics"in Beynəlxalq Olimpiya Komitəsinin cari ildə keçirilməsi nəzərdə tutulan "Tokio-2020"nin koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmasını yüksək qiymətləndirib.
Qeyd edək ki, atletika üzrə dünya çempionatı 2022-ci ildə ABŞ-ın Oreqon ştatında təşkil olunacaq.