Atlantik okeanda 5.9 bal gücündə zəlzələ qeydə alınıb
Atlantik okeanda Afrika ilə Cənubi Amerika arasında yerləşən Müqəddəs Yelena adasının cənubunda 5.9 bal gücündə zəlzələ baş verib.
Sunami təhlükəsi barədə hazırda məlumat verilməyib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər yayıb.
Zəlzələnin episentri yaşayış məntəqələrindən 900 km-dən çox məsafədə, ocağı isə 10 km dərinlikdə yerləşib.Sunami təhlükəsi barədə hazırda məlumat verilməyib.